10/07/2019
16:45
2553
| A A A
Milan-ın yeni 9 nömrəsi müəyyənləşdi

Milan-ın hücumçusu Kşiştof Pyentek forma nömrəsini dəyişib.

Goal.az xəbər verir ki, polşalı hücumçu yeni mövsümdən 9 nömrəli forma ilə mübarizə aparacaq. Bu barədə o, şəxsi İnstagram hesabından məlumat yayıb.

Qeyd edək ki, son mövsümün qış fasiləsində Genoa-dan Milan-a keçən Pyentek, 19 nömrəli formanı geyinirdi. 

O, 19 nömrəli forma ilə 21 oyuna 11 qol vurmuşdu.

Xatırladaq ki, Milan-da əfsanəvi Filippo İnzaqidən sonra 9 nömrəli forma ilə çıxış edən futbolçular uğursuzluğa dükar olublar. 

Goal.az onların statistikasını təqdim edir:

Aleşandro Pato: 7 oyun, 2 qol
Alessandro Matri: 18 oyun, 1 qol
Fernando Torres: 10 oyun, 1 qol
Mattia Destro: 15 oyun, 3 qol
Luiz Adriano: 36 oyun, 6 qol
Canluka Lapadula: 29 oyun, 8 qol
Andre Silva: 40 oyun, 10 qol
Qonzalo İquain: 22 oyun, 8 qol

Millinin biabırçı nəticələrinə görə günahkar kimdir?

AFFA
%
FUTBOLÇULAR
%
BAŞ MƏŞQÇİ
%
DİGƏR
%
1263 səs