13/07/2019
16:10
2223
| A A A
İkardi ilə Nainqqolan məşqə buraxılmadılar

İnter-in yarımmüdafiəçisi Radja Nainqqolan və hücumçusu Mauro İkardi komandanın məşqlərinə qoşulmayıb. Goal.az xəbər verir ki, rəhbərlik futbolçuları əsas komandanın hazırlığına cəlb etmək niyyətində deyil.

Hər iki oyunçu yeni baş məşqçi Antonio Kontenin gələcək planına daxil olmadığını və rəhbərlik tərəfindən transferə çıxarıldığını bilir. Əsas heyətin məşqlərinə çağırılmayan ulduz futbolçular üçün şəxsi məşqçi ayrılıb.

Qeyd edək ki, Mauro İkardi 2013, Radja Nainqqolan isə 2018-ci ildən İnter-dədir.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
27780 səs