09/08/2019
18:00
2006
| A A A
İkardinin forma nömrəsi Lukakuya verildi

İnter-in yeni transferi Romelu Lukakunun forma nömrəsi məlum olub.

Goal.az xəbər verir ki, belçikalı hücumçu Milan təmsilçisində 9 nömrəli formanı geyinəcək. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

İnter-də daha əvvəl 9 nömrəli formanın sahibi Mauro İkardi idi. Ötən mövsümün sonlarında kapitanlığı, bu dəfə də forma nömrəsi alınan argentinalı hücumçunun İnter-dən ayrılacağı gözlənilir.

Qeyd edək ki, İnter Lukakunu 65 milyon avro qarşılığında Manchester United-dən transfer edib.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
36172 səs