02/09/2019
14:29
8857
| A A A
Ronaldo mövsümün ən yaxşı futbolçusu nişanını taxmaqdan imtina etdi

Juventus-un futbolçusu Kriştiano Ronaldo formasına ötən mövsümün ən yaxşı futbolçusu üçün nəzərdə tutulan nişanı taxmaqdan imtina edib.

Goal.az "Marca"ya istinadən xəbər verir ki, 34 yaşlı hücumçu bu addımını özünü komandanın digər oyunçularından üstün tutmaması ilə əlaqələndirib. O, nişan taxmaqdan imtina edən yeganə futbolçu olub.

Qeyd edək ki, İtaliya A Seriyasında 2018/2019 mövsümünün ən yaxşıları İnter-dən Samir Handanoviç (qapıçı), Roma-dan Nikola Zaniolo (ən yaxşı gənc futbolçu), Napoli-dən Kalidu Kulibali (ən yaxşı müdafiəçi), Lazio-dan Sergey Milinkoviç-Saviç (ən yaxşı yarımmüdafiəçi), Sampdoriya-dan Fabio Kvalyarella (ən yaxşı hücumçu) və Kriştiano Ronaldo (ən yaxşı futbolçu) olub.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
33740 səs