17/10/2019
10:03
1872
| A A A
İnter-də Sançes şoku

İnter-in hücumçusu Aleksis Sançesin Çili yığmasının düşərgəsindən zədəli qayıtdığını xəbər vermişdik.

Goal.az xəbər verir ki, 31 yaşlı forvard bir neçə gün əvvəl Kolumbiya yığmasına qarşı keçirdikləri yoxlama oyununda (0:0) ağır zədə almışdı.

Artıq təcrübəli futbolçunun vəziyyətinə aydınlıq gəlb. Milan təmsilçisinin mətbuat xidmətinin yaydığı məlumata görə, Aleksis əməliyyat olunub. Sançesin bərpası üçün azı 3 ay vaxt tələb olunur. Bu isə onun 2019-ci ili erkən başa vurmasından xəbər verir.

Qeyd edək ki, İnter Aleksisi İngiltərənin Manchester United klubundan icarəyə götürüb.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
39804 səs