28/10/2019
12:13
1095
| A A A
Riberi hakimi itələdiyinə görə cəzalana bilər

Fiorentina-nın futbolçusu Frank Riberiyə ağır cəza verilə bilər.

Goal.az xəbər verir ki, buna səbəb 36 yaşlı yarımmüdafiəçinini A Seriyasının 9-cu turunda evdə Lazio-ya uduzduqları oyundan (1:2) sonra köməkçi hakimi itələməsi olub.

Matçın 89-cu dəqiqəsində qonaqların 2-ci qolu zamanı fransalı futbolçu baş hakimin qərarından narazı qalıb və bunu yan xətt hakiminə həddən artıq emosional şəkildə bildirib. Həta iki dəfə hakimi itələyib. O, buna görə qırmızı vərəqə də alıb.

İtaliya mətbuatı iddia edir ki, təcrübəli futbolçuya bu hərəkətinə görə bir neçə oyunluq cəza veriləcək.

Qeyd edək ki, Riberi bu mövsüm Florensiya klubunun heyətində 8 oyunda 2 qol vurub, 1 məhsuldar ötürmə verib.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
39804 səs