28/10/2019
14:48
1358
| A A A
Balotelli hirsini jurnalistin fotoaparatından çıxdı

Brescia-nın futbolçusu Mario Balotelli yenə də öz ampluasındadır.

Goal.az xəbər verir ki, Mario növbəti dəfə insident törədib. Genoa ilə qarşılaşmada (1:3) heç nə ilə yadda qalmayan Balotelli oyunun 72-ci dəqiqəsində əvəzlənib.

Mario əvəzləndiyi üçün əsəbiləşib və hirsini jurnalistin fotoaparatından çıxıb. O, meydanı tərk edərkən fotoaparatı təpikləyib. Fotoaparatın sahibi məsələyə belə münasibət bildirib:

"Balotelli əvəz olunarkən kameranı sanki futbol topu kimi vurdu. Fotoaparata ciddi zədə dəyib və işləmir. Bərk əsəbiləşmişəm. İnsanlara, onların çörək pulu qazandıqları alətlərə hörmətlə yanaşmaq lazımdır”.

Image result for Brescia - genoa balotelli

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
39804 səs