31/10/2019
16:21
2197
| A A A
Qattuzo A seriyası klubunu çalışdıra bilər

Milan-ın sabiq baş məşqçisi Cennaro Qattuzonun işsiz günləri başa çatır.

Goal.az-ın "Sky Sport"a istinadən məlumatına görə, gənc mütəxəssis yenidən A seriyasında çalışa bilər.

Çünki onun Udinese-nin "sükanı arxası"na keçmə variantı mövcuddu. Udine klubunun rəhbərliyi Atalanta (1:7) və Roma-ya (0:4) ardıcıl ağır məğlubiyyətlərdən sonra hazırkı çalışdırıcı İqor Tudoru istefaya göndərməyi nəzərdən keçirir. Bu posta ən real namizəd də Qattuzodu. Həmçinin Paskual Marino və Stefano Kolantuono da digər namizədlərdi.

Qeyd edək ki, Udinese hazırda 10 xalla A seriyasında 14-cü yeri tutur.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
39804 səs