01/11/2019
16:07
966
| A A A
Ançelotti cəzalandı, Napoli cərimələndi

Napoli-nin baş məşqçisi Karlo Ançelotti cəzalandırılıb.

Goal.az xəbər verir ki, A Seriyasının 10-cu turunun Atalanta ilə oyununda (2:2) qırmızı vərəqə alan italyan mütəxəssis 1 oyunluq cəzalanıb. Bu barədə A Seriyasının mətbuat xidməti məlumat yayıb.

Ançelotti Atalanta ilə oyunda hakimin qərarlarına sərt reaksiya göstərmiş və etiraz etdiyi üçün meydandan qovulmuşdu.

Napoli həm də, azarkeşlərinin sözügedən oyunda meydana plastik şüşə atmasına görə 3 min avro cərimələnib.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
39804 səs