06/11/2019
13:07
659
| A A A
İtaliya klubunda yeni baş məşqçi

Brescia yeni baş məşqçisi müəyyənləşib.

Goal.az xəbər verir ki, A Seriyası təmsilçisi Fabio Qrossoya tapşırılıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Amma 41 yaşlı mütəxəssislə müqavilənin müddəti açıqlanmayıb.

Qrosso Brescia-da bir neçə gün öncə istefaya göndərilmiş Eugenio Korinini əvəz edib. Sözügedən mütəxəssisin istefasına komandanın uğursuz çıxışı səbəb olub. Məsələ burasındadır ki, Brescia 11 turdan sonra A Seriyasında 19-cu pillədə qərarlaşıb.

Fabio Qrosso daha öncə Bari və Verona klublarını çalışdırıb.