11/11/2019
12:06
4466
| A A A
Ronaldo Sarrinin seçimindən narazı qaldı - VİDEO

Juventus-un futbolçusu Kriştiano Ronaldo İtaliya A Seriyasının 12-ci turunda Milan-la görüşdə əvəzlənməsindən narazı qalıb.

Goal.az xəbər verir ki, matçın 55-ci dəqiqəsində baş məşqçi Mauritsio Sarri onu Paulo Dibala ilə əzəzləyib. Ronaldo meydanı tərk edərək, birbaşa paltardəyişmə otağına yollanıb.

Sarri oyundan sonra keçirilən mətbuat konfransında Ronaldonu əvəzləməsinin səbəbini belə izah edib: “Ronaldo dizindən zədə almışdı. Əsəbi və gərgin idi. Vəziyyəti yaxşı görünmürdü. Riskə getmədim və oyundan çıxardım”.

34 yaşlı forvard noyabrın 3-də Çempionlar Liqasının qrup mərhələsinin Lokomotiv-lə oyununda da əvəzlənərkən Sarrinin əlini sıxmamışdı.

Qeyd edək ki, Milan-la görüşdə Ronaldonun əvəzinə meydana daxil olan Dibala 77-ci dəqiqədə komandasına qələbə qazandıran qolu vurub.

money.az currency

Noyabrın ən yaxşı futbolçusu?

PEYMAN BABAYİ
%
DAVİT VOLKOV
%
RİÇARD QADZE
%
JOZEF MONROZ
%
1029 səs