11/11/2019
15:28
2231
| A A A
Juventus hücumçusu ilə yeni müqavilə imzalayacaq

Juventus Qonsalo İquainlə müqaviləni yeniləyəcək.

Goal.az xəbər verir ki, bu barədə “Sky Sport Italia”ya Turin təmsilçisinin idman direktoru Fabio Paratiçi bildirib.

Onun sözlərinə görə, 31 yaşlı argentinalı forvardla yeni sözləşmə imzalamağa yaxındırlar.

İquainin hazırkı müqaviləsinin müddəti 2021-ci ilin iyununda baş çatır.

Qeyd edək ki, Juventus İquaini 2016-cı ilin yayında Napoli-dən 90 milyona avroya alıb. Təcrübəli hücumçu ötən mövsüm icarə əsasında Milan və Chelsea-nin formasını geyinib.

money.az currency

Noyabrın ən yaxşı futbolçusu?

PEYMAN BABAYİ
%
DAVİT VOLKOV
%
RİÇARD QADZE
%
JOZEF MONROZ
%
1029 səs