13/11/2019
10:20
1911
| A A A
Milan-da yeni müqavilə

Milan hücumçusu Daniel Maldini ilə müqavilənin müddətini uzadıb.

Goal.az xəbər verir ki, bu barədə A Seriyası klubunun rəsmi saytı məlumat yayıb.

18 yaşlı futbolçu ilə yeni müqavilənin müddəti 2024-cü ilin iyun ayına qədərdir.

Qeyd edək ki, Daniel Milan-ın əfsanəvi futbolçusu Paolo Maldininin oğludur. O, bu yay sözügedən klubun əsas komandasında debüt etmək şansı da qazanıb. Bu, beynəlxalq çempionlar kuboku çərçivəsində baş tutan Bayern ilə oyuna təsadüf edib.