Balotelli məşqdən qovuldu
Brescia-nın futbolçusu Mario Balotelli komandasının son məşqindən qovulub.
Goal.az xəbər verir ki, italiyalı hücumçu məşq zamanı baş məşqçi Fabio Qrosso və komanda yoldaşları ilə mübahisə edib. Bundan sonra çalışdırıcı hazırlığın bitməyinə yarım saat qalmış ona "Mario, çıx get" deyərək qışqırıb.
Məşqdən kənarlaşdırılan Balotellinin İtaliya A seriyasının 13-cü turunda Roma ilə matçın heyətində olub-olmayacağı məlum deyil.
Noyabrın ən yaxşı futbolçusu?
PEYMAN BABAYİ
DAVİT VOLKOV
RİÇARD QADZE
JOZEF MONROZ