12/12/2019
17:31
2132
| A A A
18 klubdan imtina etdi, Napoli-ni ilk məşqə çıxardı

Karlo Ançelottini istefaya göndərən Napoli bu gün Cennaro Qattuzo ilə rəsmən əməkdaşlığa başlayıb.

Goal.az xəbər verir ki, İtaliya yığmasının sabiq yarımmüdafiəçisi Neapol klubunda artıq ilk məşqini keçirib.

13 il futbolçu kimi Milan-ın uğurları üçün çalışmış, 2017/2019-cu illərdə isə bu komandanın baş məqşçisi olmuş Qattuzo yeni işi ilə bağlı danışarkən İtaliya mətbuatına maraqlı açıqlama verib.

O, İtaliya, İspaniya, Fransa, Yunanıstan, Çin və Rusiya daxil ümumilikdə 18 klubun təklifini geri çevirdiyini bildirib.(sportinfo)