15/01/2020
13:38
2979
| A A A
Demiralın son durumu açıqlandı

Juventus-un zədəli futbolçusu Merih Demiral əməliyyat olunub.

Goal.az xəbər verir ki, bu barədə Turin təmsilçisinin rəsmi saytı məlumat yayıb. Xəbərdə, uğurlu əməliyyat keçirən müdafiəçinin ən azı 6-7 ay yaşıl meydanlardan uzaq qalacağı bildirilib.

Demiral, İtaliya A Seriyasının 19-cu turunun Roma ilə matçında (2:1) zədələnmişdi.

Türkiyə milli komandasının üzvü olan 21 yaşlı müdafiəçi zədə səbəbindən AÇ-2020-ni buraxacaq.