27/01/2020
15:33
4434
| A A A
Ronaldo üçün əlamətdar oyun

İtaliya A Seriyasının vahid lideri Juventus 21-ci turun Neapol səfərində uduzsa da, qarşılaşma Turin klubunun ulduz futbolçusu Kriştiano Ronaldo üçün əlamətdar olub.

Goal.az xəbər verir ki, Napoli-yə 1:2 hesablı məğlubiyyətdə yeganə qolu vuran 34 yaşlı portuqaliyalı İtaliya A Seriyasında ardıcıl 8-ci oyunda da adını tabloya yazdırıb.

Cari birincilikdə ümumilikdə 17 dəfə fərqlənən Ronaldonun qollarından 12-i son 8 görüşdə qeydə alınıb. Portuqaliya millisinin lideri A Seriyasının bombardiri - Lazio-lu Çiro İmmobiledən 6 top geri qalır.