13/02/2020
13:32
1160
| A A A
Juventus-da yeni müqavilə

Juventus qapıçısı Voytsex Şesni ilə yeni müqavilə bağlayıb.

Goal.az xəbər verir ki, polşalı qolkiperin sözləşməsinin müddəti 2024-cü ilə qədər uzadılıb.

2017-ci ilin yayından Juventus-da çıxış edən 29 yaşlı qapıçı bu komandada 84 rəsmi oyun keçirib.

Şesni "qoca sinyora" ilə 2 dəfə İtaliya çempionluğunu, ölkə kuboku və Superkubokunu qazanıb. O, cari mövsüm A Seriyasında meydana çıxdığı 16 görüşdə qapısından 15 top buraxıb.