14/02/2020
12:06
2998
| A A A
Juventus-dan 103 milyon avroluq müqavilə

Juventus sığorta şirkəti olan Allianz-la yeni sponsorluq müqaviləsi imzalayıb.

Goal.az xəbər verir ki, bu barədə Turin klubunun saytı məlumat yayıb.

Məlumatda, şirkətlər arasında yeni – 2030-cu ilin iyulunadək nəzərdə tutulan müqavilənin imzalandığı açıqlanıb. Yeni müqaviləyə görə, növbəti on il ərzində komandanın oyundan əvvəl məşqlərində üzərində şirkətin loqosu olan formalardan istifadə olunacaq.

Yeni müqavilə sayəsində Juventus 103,1 milyon avro qazanacaq. Juventus-un stadionunun ad hüququ da sözügedən şirkətlə bağlıdır. Klubla şirkət arasındakı müqavilə 2023-cü ilin yayınadək nəzərdə tutulurdu.