14/02/2020
13:40
2946
| A A A
Milan Juventus-la oyuna ciddi itkilərlə çıxacaq

Milan İtaliya kubokunun yarımfinalında Juventus-la oyuna ciddi itki ilə çıxacaq.

Goal.az xəbər verir ki, komandanın lideri Zlatan İbrahimoviç bu vacib matçı buraxacaq. İsveçli hücumçu ötən gün keçirilən ilk görüşdə (1:1) sarı vərəqə alaraq cəzalı duruma düşüb. O, ilk sarı vərəqəsini 1/4 finalda Torino ilə görüşdə almışdı.

Həmçinin, dünənki matçda qırmızı vərəqə alan Teo Hernandes də Juventus-la oyunda komandasına kömək edə bilməyəcək.

Qeyd edək ki, Milan-la Juventus arasında cavab matçı martın 4-də Turində keçiriləcək.

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
8443 səs