17/02/2020
17:34
3680
| A A A
Sarri Juventus-un tarixinə keçdi

A Seriyasının 24-cü turunda evdə Brescia üzərində qələbə (2:1) Juventus üçün əlamətdar olub.

Goal.az xəbər verir ki, Maurisio Sarrinin rəhbərlik etdiyi komanda bu mövsüm 17 ev oyununda 16-cı qələbəsini qazanıb. 61 yaşlı mütəxəssis Juventus-un tarixində bu uğura imza atan ikinci məşqçidir. Bu nəticəni əldə edən ilk məşqçi 1960-cı ildə Karlo Parola olub.

Qeyd edək ki, Juventus 57 xalla turnir cədvəlində liderlik edir.