14/03/2020
10:00
1261
| A A A
Fiorentina-nın hücumçusunda koronavirus tapıldı

"Fiorentina"nın futbolçusu Duşan Vlahoviçin koronavirus testi müsbət nəticə verib.

Goal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, hazırda serbiyalı hücumçu evindədir. "Fiorentina" Vlahoviçlə təmasda olmuş bütün şəxslərin qeydiyyata alınmasına başlanılıb.

Daha əvvəl İtaliyada "Sampdoriya"nın 5 futbolçusu - Manolo Qabbyadini, Albin Ekdal, Omar Kolli, Antonio La Qumina və Morten Torsbyu, eləcə də klubun həkimi Amedeo Baldarinin, "Yuventus"dan isə Daniele Ruqaninin koronavirusa yoluxduqları açıqlanıb.

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
19405 səs