15/03/2020
13:11
5856
| A A A
İtaliya A seriyası bərpa olunacaq – Tarix açıqlandı

İtaliya A seriyası bərpa olunacaq.

Goal.az xəbər verir ki, “La Repubblica” nəşri ölkə futbol federasiyasındakı mənbəsinə istinadən yazıb ki, çempionatın matçları mayın 2-dən davam etdiriləcək. Koronavirusa görə azarkeşlərsiz keçiriləcək mövsümə iyunun 30-da yekun vurulacağı gözlənilir.

Qeyd edək ki, A seriyasının bərpası ilə bağlı bir neçə variat olub. Daha bir və ən pis variant isə mövsümün erkən dayandırılması idi. Lakin iyunda başlanması nəzərdə tutulan “Avro-2020”nin təxirə salınması ehtimalının yüksək olması səbəbindən İtaliyada hazırkı mövsümün davam etdiriləcəyi bildirilir.