17/03/2020
14:53
2156
| A A A
İtaliya klubları futbolçulara maaş verilməsini dondura bilər

İtaliyanın A və B Seriyası klublarının prezidentləri turnirlərin dayandırıldığı müddətdə futbolçulara maaş verilməsini dondurmaq istəyir.

Goal.az xəbər verir ki, onlar bu yolla maliyyə itkilərini minimuma endirmək niyyətindədirlər. Amma İtaliya Futbolçular Assosiasiyasının bu ideyaya qarşı olduğu bildirilir.

Qeyd edək ki, Apennin yarımadasında koronavirus pandemiyasına görə dayandırılan yerli çempionatların mayın 9-dan tez bərpa olunmayacağı gözlənilir. (Report)