18/03/2020
13:13
1882
| A A A
Handanoviç yeni müqavilə bağlayır

İnter qapıçısı Samir Handanoviçlə bağlı qərarını verib.

Goal.az xəbər verir ki, “neradzurri” 35 yaşlı qapıçıyla yeni müqavilə imzalamaq niyyətindədir. Milan klubu yaxın vaxtlarda qolkiperə 2022-ci ilin yayınadək nəzərdə tutulan yeni müqavilə təklif edəcək.

2012-ci ildən İnter-in şərəfini qoruyan sloveniyalı futbolçunun klubla müqaviləsi 2021-ci ilin iyununda başa çatır. O, cari mövsümdə 30 oyunda forma geyinib.