19/03/2020
12:13
1297
| A A A
Sampdoria-nın 15 üzvü koronavirusa yoluxdu

Sampdoria-nın 15 üzvündə koronavirus aşkarlanıb.

Goal.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin yarımmüdafiəçisi Yakub Yankto Çexiya mətbuatına açıqlamasında deyib. O, komandanın artıq 15 üzvünün koronavirusa yoluxduğunu və bu sayın arta biləcəyini bildirib.

Sampdoria-da əvvəl komandanın 7 üzvündə koronavirus aşkarlandığı açıqlanmışdı.

İtaliyada koronavirus pandemiyasından ölənlərin sayı 2978 nəfərdir.