04/04/2020
10:00
3818
| A A A
İtaliya A Seriyası ilə bağlı qərar verildi

İtaliya A Seriyası rəhbərliyi ölkə çempionatında mövsümün mümkün bərpa müddəti ilə bağlı videokonfrans keçirib.

Goal.az xəbər verir ki, videokonfransda çempionatının qeyri-müəyyən müddətə kimi təxirə salınmasına qərar verilib. Bildirilib ki, ölkədə koronavirus pandemiyası ilə bağlı vəziyyət düzələcəyi vaxt A Seriyası bərpa olunacaq.

Xatırladaq ki, bundan əvvəl İtaliya çempionatının mayda yenidən başlayacağı iddia olunurdu.

Qeyd edək ki, İtaliyada koronavirusdan ölənlərin sayı 15 min nəfərə çatıb.

Millinin bərbad nəticələrinə görə günahkar kimdir?

AFFA
%
FUTBOLÇULAR
%
BAŞ MƏŞQÇİ
%
DİGƏR
%
5450 səs