14/05/2020
13:45
640
| A A A
Türkiyə millisinin üzvü məşqlərə başladı

Türkiyə millisinin və Juventus-un müdafiəçisi Merih Demiral zədəsini sağaldıb.

Goal.az xəbər verir ki, bu ilin yanvar ayında A Seriyası çərçivəsində keçirilən Roma ilə oyunda ağır zədə alan və əməliyyat olunan futbolçu, ötən gündən etibarən klubun bazasında fərdi məşqlərə başlayıb.

Bu barədə Turin təmsilçisinin rəsmi saytı məlumat yayıb. 22 yaşlı futbolçu özü də sosial şəbəkə hesabında məşqdən çəkilən fotosunu paylaşaraq, “Başladıq” yazıb.

Xatırladaq ki, sol dizindən əməliyyat keçirən futbolçunun təxminən 6-7 ay sonra sıraya dönəcəyi açıqlanmışdı.

Millinin bərbad nəticələrinə görə günahkar kimdir?

AFFA
%
FUTBOLÇULAR
%
BAŞ MƏŞQÇİ
%
DİGƏR
%
6057 səs