19/05/2020
22:25
694
| A A A
A Seriyasının bərpası üçün yeni tarix

İtaliyada idman tədbirlərinin keçirilməsi iyunun 14-nə qədər qadağan olunduğu üçün A Seriyası ayın 13-də bərpa olunmayacaq.

Goal.az xəbər verir ki, yerli çempionatın başlayacağı yeni tarix də məlum olub. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. Xəbərdə, A Seriyasının iyunun 20-də bərpa olunacağı bildirilib.

İtaliyada yerli liqalar martın 9-da keçirilən 26-cı turun son oyunlarının ardından koronavirusa görə dayandırılıb. Komandalara mayın 4-dən etibarən fərdi qaydada, ayın 18-dən isə kollektiv məşq etməyə icazə verilib.

Millinin bərbad nəticələrinə görə günahkar kimdir?

AFFA
%
FUTBOLÇULAR
%
BAŞ MƏŞQÇİ
%
DİGƏR
%
6052 səs