İnzaqi müqaviləsini yeniləyəcək
Lazio baş məşqçisi Simone İnzaqinin müqaviləsini uzadacaq.
Goal.az La Gazetta dello Sport-a istinadən xəbər verir ki, 44 yaşlı mütəxəssislə Roma təmsilçisi bununla bağlı razılıq əldə edib. İnzaqinin 2023-cü ilin yayınadək nəzərdə tutulan yeni sözləşməyə qol çəkəcəyi bildirilir.
İtaliyalı çalışdırıcının illik maaşının 2,5 milyon avro olacağı iddia edilir.
Qeyd edək ki, İnzaqi 2016-cı ildən paytaxt klubunu çalışdırır.
Bizi hansı ölkədən izləyirsiniz?
AZƏRBAYCAN
TÜRKİYƏ
RUSİYA
DİGƏR