20/05/2020
18:24
344
| A A A
İtaliyada komanda halında məşqlərə icazə verildi

İtaliyanın Elm və Texnologiya komitəsi (CMT) A Seriyası klublarına qrup məşqlərinin keçirilməsinə dair icazə verib.

Goal.az xəbər verir ki, komitə tibbi protokolun yeni versiyasını təsdiqləyib.

Klublar bir oyunçunun yoluxması halında, bütün komandanın 15 gün müddətinə karantinə alınmasını nəzərdə tutan bəndə qarşı çıxmışdılar. Artıq bu barədə dəyişiklik edilib. İndi futbolçulardan birində koronavirus aşkarlanarsa, yalnız o, karantin rejiminə əməl etməli olacaq. Komandanın qalan üzvləri isə müntəzəm olaraq testdən keçmək şərtilə məşqlərə davam edə biləcəklər.

Daha əvvəl İtaliyada idman tədbirlərinə qoyulmuş qadağanın iyunun 14-dək uzadıldığı məlum olmuşdu. (fanat)

Millinin bərbad nəticələrinə görə günahkar kimdir?

AFFA
%
FUTBOLÇULAR
%
BAŞ MƏŞQÇİ
%
DİGƏR
%
6056 səs