29/06/2020
17:55
1108
| A A A
Milan Donnarumma ilə bağlı qərarını verdi

Milan qapıçısı Canluici Donnarumma ilə müqaviləni yeniləmək niyyətindədir.

Goal.az xəbər verir ki, klub 21 yaşlı qolkiperə 2023-cü ilin yayına qədər olan sözləşmə təklif etməyə hazırlaşır. İtaliyalı qapıçının maaşının artırılacağı da bildirilib.

Qeyd edək ki, Milan-ın yetirməsi olan Canluici Donnarummanın klubla hazırkı müqaviləsi 2021-ci ilin yayında başa çatır. O, hazırkı müqaviləyə əsasən illik 6 milyon avro məvacib alır.

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
8921 səs