11/07/2020
19:27
1712
| A A A
Konte rəhbərlikdən 180 milyon tələb etdi

İnter-in baş məşqçisi Antonio Konte klub rəhbərliyindən 180 milyon avroluq transfer büdcəsi tələb edib.

Goal.az xəbər verir ki, italiyalı mütəxəssis iddialı bir heyət formalaşdırmaq niyyətindədir.

Bildirilir ki, Konte gələn il komandaya çempionluq sevinci yaşatmaqda israrlıdır. Bunun üçün yüksək məbləğdə transfer büdcəsi tələb edir. Rəhbərliyin baş məşqçinin istədiyi oyunçuları heyətə cəlb edib-etməyəcəyi dəqiq deyil. Çünki koronavirus pandemiyasının yaratdığı maliyyə böhranı Milan klubundan da yan keçməyib.

Digər bir iddiaya görə isə İnter Konte ilə yollarını ayıracaq. Onun yerinə isə Juventus və Milan-ın sabiq baş məşqçisi Massimiliano Alleqri gətiriləcək. (matc)

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
13065 səs