13/07/2020
16:55
1071
| A A A
Napoli ulduz futbolçusuna yeni müqavilə təklif edir

Napoli futbolçusu Fabian Ruislə bağlı qərarını verib.

Goal.az xəbər verir ki, Neapol klubu 24 yaşlı yarımmüdafiəçiyə yeni müqavilə təklif edəcək. Müqavilənin 2025-ci ilədək nəzərdə tutulduğu bildirilir. Ruis yeni müqaviləyə razılıq versə, Napoli-də illik 3,2 milyon avro qazanacaq.

Qeyd edək ki, 2018-ci ildən Napoli-də çıxış edən ispan futbolçunun adı Real Madrid və Manchester City ilə yanaşı çəkilir.

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
13065 səs