28/07/2020
16:19
2992
| A A A
Milan Çalhanoğlu ilə bağlı qərarını verdi

Milan Hakan Çalhanoğlunun müqaviləsinin müddətini artırmağa hazırlaşır.

Goal.az xəbər verir ki, Milan-ın türkiyəli yarımmüdafiəçiyə illik 3,5 milyon avro qazanacağı 4 illik müqavilə təklif edəcəyi bildirilir.

2017-ci ildən Milan-da forma geyinən 26 yaşlı futbolçunun hazırkı müqaviləsi 2021-ci ilin yayına qədərdir.

Qeyd edək ki, Hakan bu mövsüm A Seriyasında 33 oyunda 8 qol vurub və eyni sayda da məhsuldar ötürmə edib.

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
12650 səs