05/08/2020
18:22
10623
| A A A
Sarrinin əvəzinə 5 namizəd

Juventus baş məşqçi Mauritsio Sarri ilə yolları ayırmağı düşünür.

Goal.az xəbər verir ki, artıq rəhbərlik bir neçə mütəxəssislə əlaqə saxlayıb.

Məlumata görə, Turin klubu Çempionlar Liqasında növbəti mərhələyə vəsiqə qazan bilməyəcəyi təqdirdə, təcrübəli çalışdırıcı istefaya göndəriləcək. Rəhbərliyin ilk namizədi Real-ın baş məşqçisi Zinnədin Zidan olsa da, fransal Madrid klubundan ayrılmaq fikrində olmadığını bildirib.

Zidanla yanaşı, rəhbərliyin siyahısında daha 4 namizəd var. Bunlar Tottenham-in sabiq çalışdırıcısı Maurisio Poçettino, Lazio-ya rəhbərlik edən Simone İnzaqi, Atalanta-nın baş məşqçisi Canpyero Qasperini və bir dönəm Roma-da işləmiş Lusiano Spalletidir.

Xatıqladaq ki, Juventus ÇL-nin 1/8 final mərhələsinin ilk oyununda səfərdə Lyon-a 0:1 hesabı ilə məğlub olub. Tərəfər arasında cavab görüşü avqustun 7-də keçiriləcək.

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
18807 səs