28/09/2020
13:20
3236
| A A A
Ronaldodan növbəti rekord

Juventus-un futbolçusu Kriştiano Ronaldo növbəti rekorda imza atıb.

Goal.az xəbər verir ki, 35 yaşlı hücumçu buna A Seriyasinin 2-ci turunda Roma ilə matçda nail olub. O, qarşılaşmanın 44-cü və 69-cu dəqiqələrində fərqlənərək, dubl etməklə Avropanın TOP-5 çempionatlarında vurduğu qolların ümumi sayını 450-yə çatdırıb. Beləliklə 554 qarşılaşmada bu nəticəni əldə edən portuqaliyalı oyunçu ilkə imza atıb.

Qeyd edək ki, Ronaldonun əsas rəqibi Lionel Messidir. Argentinalı hücumçu Barcelona-nın heyətində La Liqada 486 matça çıxaraq, 445 dəfə qapıları dəqiq nişan alıb.

Millinin bərbad nəticələrinə görə günahkar kimdir?

AFFA
%
FUTBOLÇULAR
%
BAŞ MƏŞQÇİ
%
DİGƏR
%
9599 səs