Napoli-nin stadionunun adı dəyişdirildi
Napoli klubunun ev oyunlarını keçirdiyi Stadio San Paolo stadionunun adı dəyişdirilib.
Goal.az xəbər verir ki, stadionun adı bir neçə gün əvvəl vəfat edən Dieqo Maradonanın şərəfinə Stadio Dieqo Armando Maradona adlandırılıb. Bu barədə Neapol bələdiyəssinin başçısı Luici De Maqistris öz “instagram” səhifəsində məlumat yayıb.
Maradona 1984-1991-ci illərdə Napoli-də forma geyinib. Argentinalı mərhum futbolçu noyabrın 25-də ürəktutmasından vəfat edib.
Bizi hansı ölkədən izləyirsiniz?
AZƏRBAYCAN
TÜRKİYƏ
RUSİYA
DİGƏR