01/12/2020
14:14
1868
| A A A
Juventus-un futbolçuları Pirlodan narazıdır

Juventus-un mövsümün əvvəlində baş məşqçi postuna gətirdiyi Andrea Pirlo müzakirə mövzusuna çevrilib.

Goal.az xəbər verir ki, buna səbəb onun Benevento-ya 2-0 məğlub olduqları matçdan sonra futbolçuları hədəf alması olub.

"Ronaldo olmayanda çox çətinlik çəkirik. Komandada az sayda istədiyim kimi oyunçu var",- deyə Pirlo açıqlamasında bildirib.

Futbolçular isə bu fikirlə razılaşmayıb məşqçinin ünsiyyət qurmaqla bağlı ciddi problemləri olduğunu qeyd ediblər.

Məlumata görə, italiyalı baş məşqçi onlarla taktiki gedişləri müzakirə etmir. Bu məsələlərlə Pirlonun köməkçisi İqor Tüdor məşğul olur.

Bu vəziyyətdən komandada bəzi futbolçular narazıdılar, xüsusilə Deyan Kulusevski və Paulo Dibala 41 yaşlı mütəxəssisin onlardan nə istədiyini anlamadıqlarını dilə gətiriblər.

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
24616 səs