11/01/2021
12:41
3159
| A A A
Ronaldodan tarixi rekord

Juventus-un hücumçusu Kriştiano Ronaldo daha bir rekorda imza atıb.

Goal.az xəbər verir ki, portuqaliyalı ulduz futbolçu A seriyasının XVII turunda Sassuolo ilə görüşdə (3:1) buna nail olub.

Matçda son nöqtəni qoyan 35 yaşlı forvard Avropanın Top-5 liqasında son 15 mövsümün hər birində ən azı 15 qol vuran ilk futbolçu kimi tarixə düşüb. O, hazırda 15 topla A seriyasında bombardirlər yarışına başçılıq edir.

Qeyd edək ki, peşəkar karyerası ərzində qol sayını 759-a çatdıran Ronaldo çexiyalı Jozef Biscana məxsus ən çox qol vurma rekorduna da şərik olub.

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
24227 səs