20/01/2021
16:25
2607
| A A A
Juventus-un futbolçusu koronavirusdan sağaldı

Juventus-un futbolçusu Xuan Kuadrado koronavirusdan sağalıb.

Goal.az xəbər verir ki, bu barədə klububun mətbuat xidməti məlumat yayıb. 32 yaşlı yarımmüdafiəçidən götürülən son test nümunələrinin cavablarının neqativ çıxdığı bildirib.

Ona görə də kolumbiyalı oyunçu bu gün İtaliya Superkubokunda Napoli ilə keçirəcəkləri matçı üçün heyətə daxil ediləcək.

Kuadradonun yanvarın 5-də koronavirusa yoluxduğu məlum olmuşdu və o, bu səbəbdən 5 oyunu buraxmışdı.

Qeyd edək ki, Juventus -  Napoli görüşü Bakı vaxtı ilə 00:00-da başlayacaq.

Saytda ən çox izlədiyiniz bölmə hansıdır?

XƏBƏRLƏR
%
VİDEO İCMALLAR
%
19862 səs