21/01/2021
10:47
3541
| A A A
Ronaldodan fantastik rekord

Juventus-un futbolçusu Kriştiano Ronaldo yeni rekorda imza atıb.

Goal.az xəbər verir ki, portuqaliyalı hücumçu futbol tarixinin ən çox qol vuran oyunçusu olub. Son olaraq hazırda  İtaliya Superkubokunun finalında Napoli ilə matçda fərqlənən 35 yaşlı oyunçu karyerası ərzində vurduğu qolların sayını 760-a yüksəldib. Bununla da o, çex hücumçu Josef Biçanın bu göstəricidəki rekordunu (759 qol) geridə qoyub.

Qeyd edək ki, Kriştiano Portuqaliya millisi, Sporting Lisbon, Manchester United, Real Madrid və Juventus-da ümumilikdə 1036 matç keçirib.

Saytda ən çox izlədiyiniz bölmə hansıdır?

XƏBƏRLƏR
%
VİDEO İCMALLAR
%
19920 səs