22/02/2021
13:57
882
| A A A
Lukakudan rekord göstərici

İnter-in futbolçusu Romelu Lukaku yeni rekorda imza atıb.

Goal.az xəbər verir ki, 27 yaşlı hücumçu buna A seriyasının 22-ci turunda Milan-la matçda (3:0) nail olub. Belçikalı futbolçu görüşün 66-cı dəqiqəsində fərqlənməklə ardıcıl 5 Milan derbisində qol vurmuş olub. Beləliklə, Lukaku derbi tarixinə bütün turnirlərdə ardıcıl 5 derbidə qol vuran ilk futbolçu kimi düşüb.

Qeyd edək ki, Lukaku hazırda Juventus-un hücumçusu Kriştiano Ronaldonu bir qol qabaqlayaraq, 17 qolla çempionatın bombardiridir.

Saytda ən çox izlədiyiniz bölmə hansıdır?

XƏBƏRLƏR
%
VİDEO İCMALLAR
%
19919 səs