Milan-ın futbolçusu sərt cəzalandı
İtaliya Futbol Federasiyası Milan-ın yarımmüdafiəçisi Ante Rebiçi iki oyunluq cəzalandırıb .
Goal.az xəbər verir ki, buna xorvatiyalı yarımmüdafiəçi A Seriyanın 27-ci turunda Napoli ilə oyunun (0:1) sonunda meydandan qovulması səbəb olub. Bildirilib ki, cəza hakim Fabrisio Paskuaya hörmətsiz ifadələrlə əlaqələndirilir.
Milan-ın qapıçısı Canluici Donnarumma isə sözügedən görüşdə ehtiyat oyunçular skamyasının üzvlərini təhqir və təhdid etdiyinə görə 10 min avro cərimələnib.
Çempionlar Liqasını kim qazanacaq?
PSG
MANCHESTER CITY
REAL MADRID
CHELSEA