Fiorentina-nın yeni baş məşqçisi müəyyənləşdi
Fiorentina-nın yeni baş məşqçisi müəyyənləşib.
Goal.az xəbər verir ki, komandanı Cüzeppe Yakini çalışdıracaq. O, bu gün komandanı məşqə çıxaracaq. Yakini ilə bağlanan müqavilənin müddəti açıqlanmayıb.
İtaliyalı mütəxəssis bu vəzifədə ötən gün istefaya göndərilən Çezare Prandellini əvəzləyib.
Qeyd edək ki, Yakini daha əvvəl də - 2019-cu ilin yayından 2020-ci ilin noyabrınadək Fiorentina-nı çalışdırıb. Fiorentina hazırda A seriyasında 28 turdan sonra 29 xalla 14-cü pillədə qərarlaşıb.
Çempionlar Liqasını kim qazanacaq?
MANCHESTER CITY
LIVERPOOL
REAL MADRID
PSG
CHELSEA
BORUSSIA DORTMUND