02/04/2021
12:56
652
| A A A
Juventus-un futbolçuları cəzalandı

Juventus karantin qaydalarını pozan 3 futbolçusu ilə bağlı qərar verib.

Goal.az xəbər verir ki, Ueston Makkenni, Paulo Dibala və Artur Ramos XXIX turda Torino ilə derbi oyununu buraxacaqlar.

Ölkə çempionu həmin oyunçulara pul cəzası da verib, lakin məbləğ açıqlanmayıb.

Qeyd edək ki, futbolçular koronavirus əleyhinə protokolun pozulması ilə bağlı qalmaqala səbəb olub. Martın 31-də Artur və Dibala komendant saatında Makkenninin evindəki qonaqlığa qatılıblar. Yığıncaqda təxminən 20 nəfər iştirak edib.

Qeyd edək ki, aprelin 3-də keçiriləcək Torino - Juventus matçı Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.(report)

Çempionlar Liqasını kim qazanacaq?

MANCHESTER CITY
%
LIVERPOOL
%
REAL MADRID
%
PSG
%
CHELSEA
%
BORUSSIA DORTMUND
%
15550 səs