Roma-da ağır itki
Roma-nın futbolçusu Stefan El Şaaravi zədələnib.
Goal.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 28 yaşlı hücumçu Sassuolo ilə matçın (2:2) 74-cü dəqiqəsində sıradan çıxıb. Müayinə nəticəsində onun bud əzələsinin zədələndiyi müəyyənləşib. İtaliyalı oyunçu Avropa Liqasının 1/4 finalında Ajax-la səfər görüşünü buraxacaq.
Qeyd edək ki, aprelin 8-də keçiriləcək Ajax - Roma matçı Bakı vaxtı ilə 23:00-da başlayacaq.
Çempionlar Liqasını kim qazanacaq?
MANCHESTER CITY
LIVERPOOL
REAL MADRID
PSG
CHELSEA
BORUSSIA DORTMUND