31/08/2021
16:35
2792
| A A A
Roma-da rəsmi ayrılıq

Roma-nın yarımmüdafiəçisi Xavyer Pastore İtaliya təmsilçisini tərk edib.

Goal.az klubun saytına istinadən xəbər verir ki, tərəflər müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verib.

Qeyd edək ki, argentinalı futbolçu 2018-ci ildən Roma-da çıxış edirdi. O, ötən mövsüm 5 matçda oynamışdı.