02/09/2021
20:47
2145
| A A A
Milan-da koronavirus şoku

Milan-ın hücumçusu Olivye Jiru koronavirusa yoluxub.

Goal.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

34 yaşlı futbolçunun COVİD-19 testi pozitiv çıxdığına görə karantinə alınıb. Onun özünü yaxşı hiss etdiyi bildirilir. Jirunun avqustun 29-dan etibarən komanda yoldaşları ilə görüşmədiyi diqqətə çatdırılıb.