11/09/2021
14:32
833
| A A A
Milan-ın futbolçusu koronavirusdan sağaldı

Milan-ın hücumçusu Olivye Jiru koronavirusdan sağalıb.

Goal.az xəbər verir ki, fransalı 34 yaşlı futbolçudan sentyabrın 2-də götürülmüş COVİD-19 testi pozitiv çıxmışdı.

Klubun yaydığı son məlumata görə, təcrübəli hücumçudan sentyabrın 10-da götürülmüş sonuncu testin nəticəsi mənfi çıxıb. O, bu gün ətraflı tibbi müayinədən keçdikdən sonra komanda ilə məşqlərə başlaya biləcək.

Jiru Milan-a bu yay keçib. O, cari mövsümdə A Seriyası çərçivəsində meydana çıxdığı 2 oyunda 2 qola imza atıb.